“Spartak” Trnava 2 futbolçu ilə yollarını ayırır

“Spartak” Trnava 2 futbolçu ilə yollarını ayırır
XƏBƏR 23 İyun 2009 / 21:49 1974
-  A +

Avroliqada “İnter”lə qarşılaşacaq Slovakiya təmsilçisi “Spartak” Trnava heyətinin bəzi futbolçularını itirə bilər. Hazırda komandanı bir neçə futbolçunun tərk edəcəyi gözlənilir. Qol.Az-ın məlumatına görə, bu haqda “Spartak” Trnavanın prezidenti Ladislav Kuna klubun rəsmi internet saytına verdiyi açıqlamada deyib. Klub başçısı həmin oyunçuların adlarını da açıqlayıb: “Hazırda komandamızın üzvləri olan İvan Cifersky və Martin Zelezniklə maraqlanan klublar var. Artıq cümə günü həmin klubların nümayəndələri ilə görüşəcəyik. İrəli sürəcəkləri təkliflər sərfəli olsa, bu futbolçularla yollarımızı ayırcağıq”.
Qeyd edək ki, adıçəkilən futbolçulardan heç biri əsas heyət üzvü deyil. Ciferssky son mövsümdə yalnız beş oyunda forma geydiyi halda, Zeleznik yalnız bir dəfə  meydana çıxıb.
 


Son xəbərlər