Elxan Məmmədov “İnter”ə kubok təqdim etdi

XƏBƏR 23 İyun 2009 / 19:13 1817
-  A +

Bu gün Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda keçirilən final oyununda «Neftçi» üzərində 2:1 hesabı ilə qələbə qazanan «İnter» 15 yaşadək futbolçulardan ibarət komandalar arasında AFFA tərəfindən təşkil olunmuş çempionatın qalibi adını qazanıb.
Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Əvvəlcə, «MKT-Araz»a 4:0 hesabı ilə qalib gələrək üçüncü pilləni tutmuş «Xəzər-Lənkəran»a bürünc medallar verilib. Finalda məğlub olmuş «Neftçi» gümüş, çempion «İnter» isə qızıl medallara sahib çıxıb. Komandalara mükafatlar AFFA-nın baş katibi Elxan Məmmədov və Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İskəndər Cavadov tərəfindən verilib. Sonda baş katib Elxan Məmmədov çempionatın qalibi «İnter»ə kuboku təqdim edib.  


Son xəbərlər