“Olimpik-Şüvəlan” daha bir transfer reallaşdırdı (FOTO)

“Olimpik-Şüvəlan” daha bir transfer reallaşdırdı (FOTO)
XƏBƏR 23 İyun 2009 / 18:40 2052
-  A +

“Olimpik-Şüvəlan” növbəti futbolçunun transferini reallaşdırıb. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, sonuncu mövsümü Latviyanın birinci dəstə təmsilçisi “Vindava”nın heyətində keçirən Nikolay Kozaçukla danışıqlar müsbət nəticələnib. Ampluaca sol cinah yarımmüdafiəçisi olan Nikolay artıq 2 illik müqaviləyə imza atıb. 1984-cü il təvəllüdlü legioner yaxın günlərdə komanda ilə birlkdə məşqə çıxacaq.
Bu arada “Olimpik-Şüvəlan” əvvəldən tərtib olunmuş təlim-məşq planına əsasən yeni mövsümün hazırlığına başlayıb. “Şəfa” stadionunda bu gün bir araya gələn futbolçular bir həftədən sonra Qubaya yollanacaqlar. Qeyd edək ki, Bakıdakı toplanış müddətində bir yoxlama oyunu da nəzərdə tutulur. Baş məşqçi Əsgər Abdullayev yetirmələrini güclü rəqiblə görüşdə sınaqdan keçirmək niyyətindədir. İyunun 27-də keçiriləcək oyunda “Olimpik-Şüvəlan”ın “Neftçi” ilə görüşəcəyi artıq dəqiqləşib. Sonda onu da deyək ki, bu matça qədər legionerlərin hamısı kollektivə qoşulacaq.

Daha çox


Son xəbərlər