Çernoqoriya, Litva və Estoniya millisinin futbolçuları “Neftçi”də

Çernoqoriya, Litva və Estoniya millisinin futbolçuları “Neftçi”də
XƏBƏR 23 İyun 2009 / 17:35 2030
-  A +

“Neftçi” iyunun 20-dən başlayaraq hazrılığı bərpa edib. Komandamızın yerli futbolçuları və əvəzedici heyətin bir neçə üzvü ilə yanaşı, baxışa gələn oyunçular da gündə bir dəfə olmaqla klubun bazasındakı meydançada məşq keçirlər. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, hazırda baxışda 3 futbolçu var. Litvalı Paulas Qribauskas qapıçı, eston Taavi Rahn müdafiəçi, çernoqoriyalı Vladimir Vuyoviç isə dayaq yarımmüdafiəçisidir. Hər üç futbolçu vətəndaşı olduğu ölkələrin milli komandalarında çıxış edir. 25 yaşlı qapıçı Qribauskasın sonuncu klubu “Otselul” (Rumıniya) olub. 28 yaşlı Rahn Latviyanın “Ekranas” klubundan, ondan bir yaş kiçik olan Vuyoviç isə Macarıstan “Vaşaş”ından gəlib.    


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı