Türkiyəli mütəxəssis “Qarabağ”a “Rusenborq”u keçməyin yollarını göstərdi

Türkiyəli mütəxəssis “Qarabağ”a “Rusenborq”u keçməyin yollarını göstərdi
ÖLKƏ FUTBOLU 23 İyun 2009 / 12:48 2418
-  A +

“Mən hesab edirəm ki, “Qarabağ” “Rusenborq”u keçməlidir. Düzdür, “Rusenborq” bu gün Norveç çempionatında liderdir. Amma komandada ciddi problemlər var”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri “Qarabağ”ın Avroliqada “Rusenborq”la qarşılaşmasına münasibət bildirərkən, Ağdam klubunun sabiq məşqçisi Mehmet Ak deyib. Türkiyəli mütəxəssis bildirib ki, “Qarabağ” rəqibdən çəkinməsə, uğurlu taktika qura bilsə, “Rusenborq”u mübarizədən kənarlaşdıra bilər: “Mən bir il yarım “Qarabağ”da çalışmışam və komandaya yaxından bələdəm. Buna əsasən də deyə bilərəm ki, “Qarabağ” əlindəki imkanlardan maksimum istifadə etsə, rəqibini mübarizədən kənarlaşdıra bilər. Düzdür, Norveç çempionatında çıxış edən futbolçular fiziki cəhətdən çox güclü olurlar. Amma tam əminliklə deyə bilərəm ki, mən komandanı buraxdığım müddətə qədər “Qarabağ”ın da fiziki durumu çox güclü idi və bu baxımdan Avropa klubları ilə ayaqlaşa bilərdi. Ağdam klubu indi də həmin vəziyyətini qoruya bilibsə, o zaman fiziki baxımdan komandalar arasında elə bir fərq yoxdur. Əsas odur ki, futbolçular rəqibin ad-sanından çəkinməsinlər. “Qarabağ”ın oyunçuları mübarizədən qorxmasalar, rəqiblə oyuna psixoloji baxımdan tam hazır olsalar, uğur qazanmaq mümkündür. Bir daha deyirəm ki, komandaya yaxından bələdəm və bilirəm səviyyə necədi”.
Mehmet Ak “Qarabag”ın son transferlerini də uğurlu sayıb: “Yeni transferlər də komandanın gücünə güc qatıb. Heyət hazırda daha yaxşıdır. Yaxşı taktika qurmaqla və ruh düşkünlüyünə qapılmamaqla “Rusenborq”u mübarizədən kənarlaşdırmaq olar. Unutmayin ki, “Qarabağ” 21 günə 7 ağır oyun keçirib və məğlub olmayıb”. 

 

Daha çox


Son xəbərlər