Qurban Qurbanov: “Rusenborq” haqqında əlavə danışmağa ehtiyac yoxdur”

XƏBƏR 23 İyun 2009 / 12:14 2072
-  A +

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov klubun rəsmi internet saytına verdiyi açıqlamasında Avroliqanın püşkatmasının nəticələrini dəyərləndirib: “Təbii ki, Avroliqada ölkəsində nəticə qazanmış komandalar yarışacaqlar. Öncədən bilirdik ki, rəqibimiz kim olmasından asılı olmayaraq, bizi çətin oyunlar gözləyir və buna hazır olmalıyıq. Təbii ki, hədəfimiz mərhələ keçməkdir. “Rusenborq” haqqında əlavə danışmağa ehtiyac yoxdur. Bütün dünya bu komandanı tanıyır. Bu gün artıq Türkiyəyə yollanırıq. Ciddi hazırlaşacağıq. İnanıram ki, ölkəmizi sonda sevindirə biləcəyik”.


Son xəbərlər