“İnter” 5 qol vurmağa öyrəşib

XƏBƏR 23 İyun 2009 / 11:28 1865
-  A +

Türkiyənin Sparta şəhərində Avroliqanın və növbəti mövsümün hazırlıqlarını davam etdirən “İnter” dünən növbəti yoxlama oyununu keçirib. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, “bankirlər” qardaş ölkənin aşağı liqa təmsilçisi “Manavqat Bələdiyyəsi” ilə qarşılaşıb. Əvvəlki iki oyunda olduğu kimi, bu dəfə də “İnter” yeni baş məşqçi Kaxaber Txadadzenin rəhbərliyi altında 5 qol vurub. Özü də digər iki matçdan fərqli olaraq, paytaxt təmsilçisi bu matçda qapısının toxunulmazlığını qoruyub. “İnter”in heyətində qollara Cavid Hüseynov (2), Asif Məmmədov (2) və Rövşən Əmiraslanov imza atıblar. “İnter” növbəti - hazırlıq prosesi çərçivəsində sonuncu matçını iyunun 25-də Ukraynanın güclülər dəstəsi təmsilçilərindən olan “Zarya”ya qarşı keçirəcək.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı