«Gəncə» premyer-liqada?

«Gəncə» premyer-liqada?
PREMYER LİQA 23 İyun 2009 / 11:18 3858
-  A +

“Turan” və “Karvan”ın qarşıdakı çempionatda iştirak etməyəcəyi haqda məlumat yayıldıqdan sonra işini tədbirli tutumağa çalışan Peşəkar Futbol Liqası bu klubların yerinə əvəzləyici axtarır. Bu ildən birinci liqada oynamaq istəyən «Gəncə» klubu premyer-liqada çıxış etmək niyyətini ortaya qoyub. Bu barədə Qol.Az-a “Gəncə» futbol klubunun prezidenti Elmir Əliyev məlumat verib. «Bu barədə PFL-dən bizə hələ müraciət daxil olmadıyıb. Təklif olacağı təqdirdə isə düşünmək olar» - deyə E.Əliyev bildirib: «Gəncənin əsas istəyi premyer-liqada oynamaqdı. Amma bu gün buna tam olaraq hazır deyilik. Komanda 1-ci diviziona hazırlaşır. Lakin bizə təklif olacağı təqdirdə belə birbaşa dəvətdən imtina etməyəcəyik. Fikirləşmək ücün vaxt istəyib, götür qoy edəcəyik»., «Fikirləşərik» deyəndə Elmir Əliyev daha çox klubun maddi imkanlarını nəzərdə tutur: «Əlbəttə, burada söhbət maliyyə imkanlarından gedir. Büdcəmizi nəzərdən keçirib qərar vermək olar. Çünki indi əsas büdcəmiz 1-ci diviziona uygun tutulub. Aşağı dəstədə xərclər premyer-liqaya baxanda azdır. Qərar verərkən maliyyə imkanlarını mütləq nəzərdən keçirəcəyik. «ABN-Bərdə» kimi birbaşa premyer-liqaya çıxıb biabır olmaq istəmirik»,

 


 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı