Klublarımızı Avrokuboklarda nə gözləyir? (YENİLƏNİB)

Klublarımızı Avrokuboklarda nə gözləyir? (YENİLƏNİB)
ÖLKƏ FUTBOLU 22 İyun 2009 / 20:43 2563
-  A +

“Ekranas” (Litva) - “Bakı” (Bakı) cütlüyü haqda: “İlk növədə onu deyə bilərəm ki, “Bakı”nın oturuşmuş heyəti var. Komandanın demək olar ki, bütün əsas oyunçuları heyətdə qalıb. Bu özü böyük bir üstünlükdür. Düzdür, “Ekranas” Zaqreb “Dinamo”su qədər tanınmayıb. Bununla belə, Litva çempionunu zəif komanda adlandırmaq olmaz. Litva futbolu bizə yad deyil. “Birlik Kuboku”nda da bu komandaya qarşı oynamışıq və qələbə də qazanmışıq. Hesab edirəm ki, “Bakı” bu rəqibi keçməlidir”.

“Simurq” (Zaqatala) - “Bney İequda” (İsrail) cütlüyü haqda: “Simurq” ev oyunlarını Zaqatalada keçirsəydi, daha yaxşı olardı. Bununla belə, fikrimcə, komandamızın mərhələ keçmək şansı az deyil. “Simurq”un da yaxşı heyəti var. İsrail klubları avrokuboklarda uğur əldə etməsələr də, bu ölkənin millisi gözəl oyunu ilə seçilir. Bütün bunlara baxmayaraq, inanıram ki, “Simurq” əzmkar oyunu ilə rəqibini mübarizədən kənarlaşdıracaq”.

“Spartak” (Trnava, Slovakiya) - “İnter” (Bakı) cütlüyü haqda: “Spartak” Slovakiyanın köklü klublarından biridir. Bildiyiniz kimi, bu ölkə uzun illər Çexoslavakiya adı altında çıxış edib ki, orada da futbol daim aparıcı idman növlərindən biri olub. “Spartak” heç də zəif rəqib deyil. Amma “İnter”in də gücünü kiçiltmək olmaz. Bu komandanın güclü heyəti var. Hansı ki, təkcə ölkə daxilində deyil, həm də xarici arenada da uğur qazanmağa imkan verir”.

"Rusenborq” (Norveç) - “NSİ Runavik” (Farer adaları) cütünün qalibi ilə - “Qarabağ” (Ağdam) cütlüyü haqda: “İlk mərhələni “Rusenborq” keçəcək. Buna şübhə etməyə dəyməz. Çünki Norveç təmsilçisi köklü klubdur, həm də eyni zamanda çox güclüdür. Avrokuboklarda böyük təcrübəyə malikdir. Norveç millisinin qazandığı bir çox uğurlarda da məhz bu klubun futbolçularının böyük əməyi var. Amma “Qarabağ” da əzmkar komandadır. Həm də nəzərə almaq lazımdır ki, Ağdam klubunda kifayət qədər milli üzvü toplaşıb. Bu qarşılaşma da onlar üçün bir sınaq olacaq. Milli komandamızın üzvlərinin də “Rusenborq” sınağından necə çıxacağı böyük maraq doğurur. İstənilən halda “Qarabağ”dan da uğur gözləməyə dəyər. Onu da deyim ki, bütün klublarımız üçün əsas problem odur ki, bizdə hazırda fasilədir. Klublar yalnız hazırlıqla kifayətlənəcəklər. Oyun praktikasından isə əziyyət çəkəcəklər. Amma təmsilçilərimizin rəqiblərindən “Rusenborq” və “Ekranas”ın yarışdıqları Norveç və Litva çempionatları isə hələ davam edir ki, bu da həmin komandalar üçün əlavə üstünlükdür”.   


 

AZƏRBAYCAN MİLLİ KOMANDASININ BAŞ MƏŞQÇİSİNİN BİRİNCİ KÖMƏKÇİSİ VAQİF SADIQOVUN DƏYƏRLƏNDİRMƏSİ

“Ekranas” (Litva) - “Bakı” (Bakı) cütlüyü haqda: “Ekranas” bizə yad rəqib deyil. Ümumiyyətlə, Litva futbolu haqqında çox danışmaq olar. Litva millisinin son dövrlər qazandığı nəticələri buna misal göstərmək olar. Bununla belə, keçmiş sovet ölkələrindən olan komandaları heç vaxt özümüzdən üstün saymamışam. Bu mənada “Bakı” üçüncü mərhələyə keçməklə tarix yaza bilər. İlk matçın səfərdə oynanılması da bizim xeyrimizədir”

“Spartak” (Trnava, Slovakiya) - “İnter” (Bakı) cütlüyü haqda: “İnter”in də tarix yazmaq üçün çox gözəl şansı var. “Spartak” bizim üçün münasib rəqibdir. İki il qabaq “Karvan” bu komandanı məğlub etməklə bizim heç də onlardan zəif olmadığımızı sübut edib. İnanıram ki, “İnter” də Yevlax klubunun nəticəsini təkrarlaya biləcək".

“Simurq (Zaqatala) - “Bney İequda” (İsrail) cütlüyü haqda: “Simurq” ilk dəfə avrokuboklarda oynayacaq və bunun özü bir tarixdir. Amma inanmaq istərdim ki, Zaqatala təmsilçisi daha bir tarix yazmağa nail olacaq. Rəqibi də münasib sayardım. İsrail klubu “Simurq” üçün keçilməz deyil. Həm də qalib gələcəyi tədqirdə komandamız növbəti mərhələdə Latviya və ya Estoniya klubu ilə üz-üzə gəlmək şansı qazanacaq ki, bu, daha bir mərhələ keçməyimizə şərait yaradacaq”.

"Rusenborq” (Norveç) - “NSİ Runavik” (Farer adaları) cütünün qalibi ilə - “Qarabağ” (Ağdam) cütlüyü haqda: “Mən də elə düşünürəm ki, “Qarabağ”ın rəqibi “Rusenborq” olacaq. Özü də deyərdim ki, ən güclü rəqib Ağdam klubuna qismət oldu. Düzdür, rəqib cari mövsüm Norveç çempionatında 5-ci pilləni tutaraq Fair-Play mükafatı hesabına Avropa Liqasına vəsiqə qazandı. Amma indiki duruma nəzər alsaq, “Rusenborq”un Norveç çempionatında lider olduğunu görərik. Hərçənd unutmayaq ki, “Qarabağ”da bir döyüşənlik ruhu var. Onlar həmin ruhu milli çempionatda dəfələrlə ortaya qoyublar. Ağdamlıların həmin döyüşkən ruhu Norveç təmsilçisi önündə də sübut edəcəyinə inanıram”.

Daha çox


Son xəbərlər