“Simurq”un Avroliqadakı rəqibini yaxından tanıyaq

“Simurq”un Avroliqadakı rəqibini yaxından tanıyaq
ÖLKƏ FUTBOLU 22 İyun 2009 / 18:55 2287
-  A +

“Simurq”un Avroliqanın ilk mərhələsində rəqibi İsrail təmsilçisi “Bnei Yehuda Tel Aviv” oldu. Qol.Az-ın məlumatına görə, paytaxt təmsilçisi ev oyunları zamanı çəhrayı, səfər matçlarında isə qara rəngli formadan istifadə edir.
Klub tarixi ərzində ilk uğurunu yaranandan yalnız 33 ildən sonra qazanıb. Həmin il “Bnei Yehuda” ölkə kubokuna sahib çıxıb. 1981-ci ildə isə Təl-Əviv təmsilçisi tarixi ərzində ikinci və hələlik sonuncu dəfə kuboka yiyələnib. 1990-cı ildə isə “Simurq”un rəqibi tarixi ərzində ilk və hələlik sonuncu çempionluğunu yaşayıb.
Son mövsümdə komanda keçirdiyi 33 oyunun 14-də qalib gəlib, 70-də heç-heçə edib və 12 matçda uduzub. Vurduğu 38 qolun qarşılığında öz qapısında 31-i görüb. 
Komandanın baş məşqçisi Luzon Guydur. Heyətdə Kolumbiya, Argentina, Nigeriya, Sebiya və Xorvatiyadan olan əcnəbilər top qovur.     
İsrail təmsilçisi “Simurq”la ev oyunu Təl-Əvivdəki “Blumfeld” stadionunda keçirəcək.
  

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi