Georgi Nikolov: "Spartak"ın əsasən arxa xətti güclüdür"

XƏBƏR 22 İyun 2009 / 16:53 2105
-  A +

"Spartak" Trnava ciddi rəqibdir. Slovakiya mərkəzi Avropada yerləşir. Həmin ölkənin komandaları da atletik futbola üstünlük verirlər". Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri Avroliqada Slovakiyanın "Spartak" Trnava klubu ilə qarşılaşacaq "İnter"in prezidenti Georgi Nikolov deyib. Nikolov bildirib ki, artıq rəqib haqda məlumat toplamağa başlayıb: "İlk oyunu səfərdə keçirməyimiz bizim üçün müəyyən üstünlükdür. Çalışacağıq ki, maksimum bacarığımızı ortaya qoyaraq evə sərfəli nəticə ilə qayıdaq. Bu dəqiqə rəqib haqda məlumat toplayıram. Bilirəm ki, heyətlərində yerli və çexiyalı futbolçular üstünlük təşkil edir. "Spartak"ın əsasən arxa xətti daha güclüdür".    


Son xəbərlər