“Bakı”nın Çempionlar Liqasındakı rəqibini yaxından tanıyaq

“Bakı”nın Çempionlar Liqasındakı rəqibini yaxından tanıyaq
ÖLKƏ FUTBOLU 22 İyun 2009 / 15:34 2454
-  A +

“Bakı”nın Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi Litva çempionu “Ekranas” oldu. Qol.Az-ın məlumatına görə, tam adı “Ekranas Futbol Klub” olan komandanın əsası 1964-cü ildə qoyulub. Panejevis şəhərini təmsil edən komanda ev oyunlarını 9940 azarkeş tutumuna malik olan “Aukştaytiya” stadionunda keçirir. Klubun prezidenti Auşrus Labinas, baş məşqçi Valdes Uorbonasdır. Komanda ev oyunlarını göy, səfər matçlarını isə qırmızı rəngli formada keçirir.
“Ekranas” 3 dəfə Litva çempionu olub - 1985, 2005, 2008. 2 dəfə ölkə kubokunu qazanıb - 1998, 2000. 2 dəfə superkuboka yiyələnib - 1998, 2006. 3 dəfə gümüş medala sahib çıxıb - 2003, 2004, 2006. 4 dəfə bürünc medala sahib çıxıb - 1994, 1998, 2002, 2007. 3 dəfə də kubokun finalçısı olub - 1994, 2003, 2006. 

Ötən mövsüm komanda ən yaxın izləyicisini 10 xal qabaqlayaraq, 65 xalla çempion adını qazandı. Hazırda isə “Ekranas” 12 turdan sonra 27 xalla ikincidir.
“Ekranas” tarixi ərzində dördüncü dəfə Çempionlar Liqasında yarışacaq. Bu günə qədər komandanın ilk 3 cəhdi uğursuz alınıb. Komanda heç bir halda mərhələ adlaya bilməyib. 6 oyunda yalnız 1 qələbə qazanan litvalılar 5 dəfə məğlub olublar. Öz qapısında 12 qol görən komanda yalnız 6 dəfə fərqlənib.
Ümümilikdə isə “Ekranas” avrokuboklarda 30 matç keçirib. Bu oyunların 9-da qalib gələn komanda, 16 matçda meydanı məğlub qismində tərk edib. 5 görüş isə heç-heçə başa çatıb. 16 qol vuran Litva çempionu 33 dəfə qapısından qol buraxıb. 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın