“Qarabağ” hücumçu axtarışındadır

XƏBƏR 22 İyun 2009 / 12:44 2104
-  A +

Elvin Məmmədovu heyətinə qatdıqdan sonra “Qarabağ” “transfer bazarı”nda bir qədər gözləmə mövqeyi tutub. “İnter” Cavid Hüseynovu buraxmaq istəmədiyindən, bu futbolçunun keçidindən vaz keçən Ağdam klubu bundan sonra yalnız 1 futbolçu transfer edəcək. Qol.Az-ın məlumatına görə, “Qarabağ” baxışda olan moldovalı futbolçu Frantsuzun taleyinə bu gün aydınlıq gələcək. Moldovalı yarımmüdafiəçinin transferinin alınıb-alınmamasından asılı olmayaraq, “Qarabağ” yalnız bir güclü hücumçu axtarışındadır. Vüqar Nadirovu transfer etməyinə baxmayaraq, Ağdam klubu əsas heyətdə oynaya biləcək forvard axtarışındadır.

 


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı