Rusiya mətbuatı: “Foqts türklərə Azərbaycanda xoşbəxt olduğunu deyib”

XƏBƏR 22 İyun 2009 / 12:23 1986
-  A +

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun Türkiyənin “Trabzonspor” klubundan təklif alması Rusiya mətbuatının da diqqətindən qaçmayıb. Qol.Az-ın məlumatına görə, başda “Sport Ekspress” və “Sovetski sport” qəzetləri olmaqla qonşu ölkənin aparıcı idman qəzetləri və saytları hamısı bu haqda xəbər yayıb. Ruslar da türklərin almaniyalıya ilinə 1 milyon avro təklif etdiyini, lakin Foqtsun bu təklifi rədd etdiyini yazıblar. Rusiyalı həmkarlarımızın sözlərinə görə, millimizin baş məşqçisi türklərə AFFA ilə müqaviləsinin olduğunu və Azərbaycan millisindəki fəaliyyətini davam etdirmək istəyini bildirib. Bundan başqa, Foqts Azərbaycanda özünü çox xoşbəxt hiss etdiyini və buradan ayrılmaq istəyinin olmadığını də türklərin diqqətinə çatdırıb.  


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı