Berti Foqtsun cavabı “Trabzonspor”u məyus etdi

Berti Foqtsun cavabı “Trabzonspor”u məyus etdi
XƏBƏR 22 İyun 2009 / 12:11 2169
-  A +

Baş məşqçi postu üçün bir çox mütəxəssislərlə görüşən Türkiyənin “Trabzonspor” klubu son variant kimi baxdığı millimizin baş məşqçisi Berti Foqtsdan da mənfi cavab alıb. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, son iki ay ərzində yerli və xarici olmaqla 10-a yaxın mütəxəssislə görüşən Qaradəniz təmsilçisi heç bir məşqçi ilə ortaq məxrəcə gələ bilməyib. Millimizin baş məşqçisi Berti Foqts da türkiyəlilərə “çox təəssüf ki, gələ bilmərəm” deyib.     
Türkiyə mətbuatının yazdığına görə, “Trabzonspor” rəsmiləri Foqtsdan mənfi cavab aldıqdan sonra çox məyus olublar. Foqtsdan sonra “Trabzonspor” rəsmiləri “Seltik”in baş məşqçisi Kristian Grossla danışıqlara başlayıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord