Millimizin baş məşqçisi: "İkinci yer heç də pis nəticə deyil"

Millimizin baş məşqçisi: "İkinci yer heç də pis nəticə deyil"
XƏBƏR 22 İyun 2009 / 10:52 2036
-  A +

«FA of Moldova Cup» turniri çərçivəsində belaruslu həmyaşıdlarına qarşı keçirdiyi son oyunda 0:2 hesabı ilə məğlub olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Oliver Pelzer oyundan sonra AFFA-nın saytına fikirlərini bildirib: «Meydana qələbə əzmi ilə çıxmışdıq və buna da imkan var idi. Ancaq bəxt rəqib tərəfində oldu. Bu cür komandaların qatıldığı turnirdə ikinci yeri tutmaq heç də pis deyil».


Son xəbərlər