Kamal Quliyev karyerasını Ukraynada davam etdirə bilər

XƏBƏR 21 İyun 2009 / 20:15 2096
-  A +

Son mövsümü Yevlaxın “Karvan” klubunda keçirən Azərbaycan milli komandasının sabiq üzvü Kamal Quliyev bu yaxınlarda Ukraynada olub və bir vaxtlar futbol oynadığı Lutsk şəhərinə baş çəkib. Orada sabiq klubu "Voln"ın futbolçuları və rəhbərliyi ilə görüşüb. Quliyev səfər təəssüratlarını Qol.Az-ın əməkdaşı ilə də bölüşübi: "Həm Lutskda dincəldim, həm də sabiq komanda yoldaşlarımla görüşdüm. Amma səfər istirahətlə bərabər, həm də futbolla da bağlı idi. Yəni karyeramı yenidən Ukraynada davam etdirmək variantı da var. "Voln" tərəfindən belə bir təklif oldu. Lakin o komanda hazırda birinci divizionda mübarizə aparır. Buna görə dəqiq deyə bilmərəm ki, yenidən karyeramı Ukraynada davam etdirəcəyəm, ya, yox. Amma gələn mövsüm "Voln" rəhbərliyi qarşıya mütləq elitaya çıxmaq məqsədi qoyacaqlar. Bu mənada, prinsipcə, Ukraynaya gedişim mümkündür".

Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı