Milli komandamız bu gün Belarusla qarşılaşır

Milli komandamız bu gün Belarusla qarşılaşır
XƏBƏR 21 İyun 2009 / 13:35 1914
-  A +

Moldovada keçirilən beynəlxalq turnirdə çıxış edən 17 yaşadək futbolçulardan ibarət milli komandamız bu gün yarışda son oyununu keçirəcək. Qol.Az-ın məlumatına görə, Oliver Pelzerin yetirmələri Belarus millisi ilə qarşılaşacaq. Bu matç komandamız üçün böyük əhəmiyyət daşıyır. Çünki millimiz rəqibinə uduzmayacağı halda, turnirin qalibi adını qazanacaq. Hazırda aktivində 6 xal olan millimiz belaruslu həmyaşıdları ilə heç-heçə oynayacğı halda belə, xallarının sayının 7-ə yüksəldərək, vətənə qalib kimi dönəcək. Çünki komandamızın ən yaxın izləyicisi məhz bu gün qarşılaşacağımız Belarus millisidir. Onların cəmi 4 xalları var.Xatırladaq ki, millimiz ilk iki qarşılaşmada Moldova və Rumıniyaya qalib gəlib.     

 


Son xəbərlər