Rəşad Sadıqovun komanda yoldaşı Çempionlar Liqasında oynayacaq

Rəşad Sadıqovun komanda yoldaşı Çempionlar Liqasında oynayacaq
DÜNYA FUTBOLU 21 İyun 2009 / 12:36 2956
-  A +

Türksell Superliqanın ikinci dövrəsində Rəşad Sadıqov və Ramal Hüseynovla birgə “Kocaelispor”un heyətində çıxış edən Agbetunun yeni komandasının adı məlum olub. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, nigeriyalı futbolçu son mövsüm gümüş medal qazanaraq, Türkiyəni Çempionlar Liqasında təmsil etmək hüququ qazanan “Sivasspor”a keçib.
“Sivasspor”un baş məşqçisi Bülənt Uyqun Agbetudan ağızdolusu danışıb: “Ötən mövsüm ona heyran qalmışdım. 21 yaşı var və çox istedadlıdır. Orta xəttlə hücum arasında sanki bir körpü rolunu oynayır. İnanıram ki, o bizim komandada daha yaxşı oynayacaq və Türkiyədə ulduza çevriləcək”.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord