“İnter”in də iştirak ərizəsi məlum oldu

“İnter”in də iştirak ərizəsi məlum oldu
ÖLKƏ FUTBOLU 20 İyun 2009 / 16:30 2481
-  A +

“Simurq”un ardından “İnter”in də Avroliqa üçün iştirak ərizəsi məlum olub. Qol.Az-a komandanın baş menecerinin müavini Kamran İsmayılovun verdiyi məlumata görə, “bankirlər”in siyahısında 24 oyunçunun adı yer alıb. Lakin komanda bu siyahıya daha bir futbolçunun adını daxil edə bilər.
Svilen Semyonov və Elxan Həsənovun gedişindən sonra komandada qapıçı problemi yaranmışdı. Çünki Səlahət Ağayev gənc olduğundan, heyətdə yalnız bir təcrübəli qolkiper - Raymundo Vilson qalıb. Lakin “İnter” başqa qapıçı transfer etmədiyindən, iştirak ərizəsinə üçüncü qapıçı qismində gənc Anar Məhərrəmovun adı daxil edilib. Qeyd edək ki, Məhərrəmov hazırda komanda ilə birgə Spartada keçirilən təlim-məşq toplanışında da iştirak edir. 
“İnter”in iştirak ərizəsi aşağıdakı kimidir:

Qapıçılar: Raymundo Vilson, Səlahət Ağayev, Anar Məhərrəmov
Müdafiəçilər: Danioli Assioli, Milan Zaqorats, Əliyar İsmayılov, Samir Abbasov, Xəyal Mustafayev, Vladimir Levin, Mahir Şükürov, Orxan Məmmədov
Yarımmüdafiəçilər: Andrey Rubins, Aleksandr Çertoqanov, Şəhriyar Rəhimov, Anhekl Qutyerres. Rövşən Əmiraslanov, Əasif Məmmədov, Branislav Çervenko, Petar Zlatinov, Qoran Arnaut, Cavid Hüseynov
Hücumçular: Xaqani Məmmədov, Valter Quqlemon, Ruhid Usubov

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın