“İnter”dən iki transfer daha: bir futbolçu, bir məşqçi

“İnter”dən iki transfer daha: bir futbolçu, bir məşqçi
XƏBƏR 20 İyun 2009 / 16:16 2100
-  A +

Mahir Şükürov və Aleksandr Çertoqanovun ardından “İnter” daha bir futbolçu ilə müqavilə imzalayıb. Qol.Az-a komandanın baş menecerin köməkçisi Kamran İsmayılovun verdiyi məlumata görə, “bankirlər” “Standard”ın üzvü Anxel Qutyerresi heyətinə qatıb.
“İnter”in məşqçilərinin siyahısı da genişlənib. Bir neçə gün əvvəl Kamran İsmayılov saytımıza verdiyi açıqlamada yeni baş məşçi Kaxaber Txadadzenin özünə köməkçi götürəcəyini istisna etməmişdi. Belə də oldu. Gürcüstanlı Zaur Svenazde “İnter”in yeni məşqçisidir. Xatırladaq ki, 51 yaşlı mütəxəssis Gürcüstanın 21 yaşadək futbolçulardan ibarət milli komandasında da Txadadzenin köməkçisi olub.  


Son xəbərlər