Mourinyoya qarşı qiyamın əsl səbəbləri açıqlandı

Mourinyoya qarşı qiyamın əsl səbəbləri açıqlandı
AVRO-2012 22 May 2013 / 13:26 4943
-  A +

Madrid “Real”nın baş məşqçisi Joze Mourinyo ilə əməkdaşlığa son qoymasının əsl səbəbləri müəyyənləşib. Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, klubun belə qərar verməsinə portuqaliyalı mütəxəssisin futbolçularla gərgin münasibətdə olması səbəb olub.

Klub prezidenti Florentino Peresin Mourinyonu istefaya göndərmələri ilə əlaqədar bugünlərdə keçiridiyi mətbuat konfransından əvvəl başda İker Kasilyas olmaqla komandanın bir çox futbolçusu rəhbərliyə şikayət edib.

Qeyd edək ki, Mourinyodan narazılıq Kasilyasın ehtiyata göndərilməsindən sonra daha da böyümüşdü.

Futbolçular çox sərt formada portuqaliyalının istefaya göndərilməsini tələb ediblər. İker Kasilyas isə açıq şəkildə bəyan edib ki, komandada ya o qalmalıdır, ya da Mourinyo.

Qeyd edək ki, İker Kasilyasla yanaşı Mourinyodan əsas narazılar arasında Serxio Ramos, Kərim Benzema, Pepe, Məsut Özil, Qonsalo İquain, Xose Kalyexon, hətta baş məşqçinin sevimli oyunçusu Anxel di Mariya da olub. Məşqçiyə dəstək verənlər arasında isə Maykl Esyen, Xabi Alonso, Fabio Koentrao və Dieqo Lopesin olduğu bildirilir. Mourinyo ilə münasibətləri bərpa edən Kriştiano Ronaldo isə açıq şəkildə həmyerlisinə qarşı qiyam qaldıranlar arasında olmasa da, onun tərəfini də tutmayıb.

 


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı