Rəşad Sadıqov “Dənizlispor”a keçməyə yaxındır

Rəşad Sadıqov “Dənizlispor”a keçməyə yaxındır
ÖLKƏ FUTBOLU 20 İyun 2009 / 15:26 2413
-  A +

Milli komandamızın kapitanı Rəşad Sadıqov karyerasını yenidən Türkiyə superliqasında davam etdirməyə çox yaxındır. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Rəşad “Dənizlispor”a transfer oluna bilər. Bu komandanın baş məşqçisi postuna Sadıqovla birgə “Kocaelispor”da çalışan Erhan Altının gətirilməsi həmyerlimizin xeyrinədir. Artıq Erhan Altın verdiyi açıqlamda “Kocaelispor”un 3 futbolçusu ilə maraqlandıqlarını təsdiqləyib. “Kocaelispor”dan “Dənizlispor”a Rəşaddan əlavə Murat Hacıoğlu və Mazuva N`Sumbu da keçə bilər. Artıq “Dənizlispor” rəsmiləri də adıçəkilən futbolçularla maraqlandırlarını rəsmi şəkildə təsdiqləyiblər.
Digər tərəfdən Erhan Altının “Dənizlispor”un baş məşqçisi qismində verdiyi ilk açıqlama Rəşadın bu komandaya keçmə şansını daha da artırır. Xatırladaq ki, Altın “komandaya yeni transferlər edəcəyik. Müdafiə xəttinə 2 oyunçu alacağıq ki, onlardan da biri yerli, digəri isə əcnəbi olacaq” deyib.  

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi