“İnter” Avroliqa öncəsi ciddi itkiylə üzləşdi

“İnter” Avroliqa öncəsi ciddi itkiylə üzləşdi
ÖLKƏ FUTBOLU 20 İyun 2009 / 14:05 2267
-  A +

“Inter” Avroliqa öncəsi ciddi itkiylə üzləşib. “Bankirlər” qarşıdakı qitə miqyaslı yarışda aparıcı müdafiəçi, milli komandamızın üzvü Vladimir Levinin xidmətindən isifadə edə bilməyəcək. Bu haqda Qol.Az-ın müxbiriylə söhbətində futbolçunun özü məlumat verib. Levin bildirib ki, Türkiyə toplanışı çərçivəsində keçirilən ilk yoxlama matçında xəsarət alıb: “İlk matçda “Antalya karması”na qarşı keçirdiyimiz oyunda zədə aldım. Sonradan həkim müayinəsindən keçdim və məlum oldu ki, zədəm çox ciddidir. Dünənki oyunda da forma geymədim. Ünmumiyyətlə, Avroliqada komandaya kömək etməyəcəyim dəqiqdir. Bununla belə, inanıram ki, komandanm mənsiz də bu yarışda uğurla çıxış edəcək. Mən isə zədəmi sağaldıb, sonradan formamı bərpa etməliyəm ki, növbəti mövsümün startına tam hazır olum”.

Daha çox


Son xəbərlər