"Olimpik-Lion"un oyunçusu Azərbaycanda

"Olimpik-Lion"un oyunçusu Azərbaycanda
ÖLKƏ FUTBOLU 20 İyun 2009 / 13:17 2676
-  A +

Transfer çalışmalarını davam etdirən “Olimpik-Şüvəlan” daha bir legioner futbolçu ilə müqavilə bağlayıb. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Fransada yaşayan türk əsilli yarımmüdafiəçi Endər Günlü bundan sonra “Olimpik-Şüvəlan”ın formasını geyəcək. Artıq onunla münasibətlər rəsmiləşib və Endər 2 illlik müqaviləyə imza atıb.
1984-cü il təvəllüdlü Endər Lion “Olimpik”inin yetirməsidir. Onun ilk peşəkar klubu İsveçrənin 2-ci liqasında mübarizə aparan “Etual” olub (2003-2005). Futbolçu iki ildən sonra – 2005-ci ildə İspaniyaya üz tutaraq bu ölkənin 2-ci dəstə təmsilçisi “Oruvela” komandasının şərəfini qoruyub. 2007-2008-ci illər ərzində isə Türkiyədə top qovub. “Adanadəmirspor”a (II liqa) transfer olunan Endər Tunisdə də legioner həyatı yaşayıb. Belə ki, 2008-ci ildə Tunisin güclülər dəstəsində mübarizə aparan “Qafsa”nın heyətində çıxış edib. Bu ilin yanvarında isə İsveçrəyə dönərək 3 ay ərzində “Racing Ceneve”də (2 liqa) top qovub.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi