“Azərbaycan çempionatı Latviya birinciliyindən güclüdür”

XƏBƏR 20 İyun 2009 / 12:52 1879
-  A +

“Simurq”un yeni transferlərindən biri, Latviya millisinin oyunçusu Gennadi Solonitsin UEFA rəsmi saytına açıqlama verib. Açıqlamasında 29 yaşlı futbolçu “Simurq”a keçidindən danışıb, Azərbaycan və Latviya çempionatlarını müqayisə edib: “Karyeramın davamına aydınlıq gəldiyi üçün sevincliyəm. “Metallurq”da son vaxtlar start heyətində oynamırdım. Bu, məni qane edə bilməzdi. “Simurq”da isə mənə güvənirlər və köməyimə ehtiyac var. Həm də ki, Azərbaycan çempionatı Latviya birinciliyindən daha güclüdür. Komandaların azı yarısı yüksək səviyyəlidir. Burada futbol çox populyardır, oyunlara 10 min azarkeş gəlir. Latviyada bunu yalnız arzu eləmək olar”.


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"