Bekhem böyük futbolu göz yaşları içində tərk etdi (FOTOLAR)

Bekhem böyük futbolu göz yaşları içində tərk etdi (FOTOLAR)
GÜNDƏM 19 May 2013 / 13:38 4466
-  A +

İngiltərə millisinin sabiq kapitanı Devid Bekhem böyük futbolda son oyununu keçirib. Qol.Az-ın məlumatına görə, bu, Fransa çempionatının dünən keçirilən “PSJ” – “Brest” matçında baş verib.

Paris klubunun 3:1 hesablı qələbəsi ilə yekunlaşan oyunda Bekhem əsas heyətdə meydana çıxıb və 83-cü dəqiqədə əvəzlənib. Bu zaman o, göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, matçı stadionda izləyənlər arasında Bekhemin ailə üzvləri də olub.

Oyundan sonra jurnalistlərə açıqlama verən futbolçu emosiyalarını və həyacanını gizlətməyə çalışdığını desə də, bunu edə bilmədiyini söyləyib.






















































Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər