Coko Haciyevski: “Gedən gedir, yerinə başqası gəlir, bu, normaldır”

Coko Haciyevski: “Gedən gedir, yerinə başqası gəlir, bu, normaldır”
XƏBƏR 19 İyun 2009 / 20:48 2024
-  A +

“Gedən gedir, yerinə başqası gəlir, bu, normaldır. Bu gün dünyanın istənilən klubunun düşərgəsində “Bakı”da baş verən proseslər baş verir. Bir futbolçu başqa komandaya keçir, digəri isə onun yerinə transfer olunur. Bu mənada “Bakı”nı kiminsə tərk edib başqa komandaya keçməsində heç bir problem yoxdur”. Bu sözləri Qol.Az-ın əməkdaşı ilə söhbətində Georgi Adamiya və Cəmşid Məhərrəmovun “Xəzər-Lənkəran”la “Qarabağ”a keçidinə münasibət bildirən “Bakı”nın baş məşqçisi Coko Haciyevski deyib. Makedoniyalı mütəxəssis rəqiblərindən fərqli olaraq komandasının hələ də rəsmi futbolçu transfer etməməsindən də qətiyyən narahat deyil: “Biz tələsmirik. Hələ qarşıda Sloveniya toplanışımız var. Orada xeyli futbolçu düşərgəyə baxışa gələcək və onları sınaqdan çıxaracağıq. Kim özünü doğrultsa, onunla müqavilə bağlayacağıq. Bir sözlə, heç bir narahatlığa əsas yoxdur”.

 


Son xəbərlər