Yaşar Abuzərov: “Qəbələ” bu mövsüm qat-qat güclü olacaq”

XƏBƏR 19 İyun 2009 / 19:26 1985
-  A +

“Qəbələ” ilə 6 aylıq müqaviləm var və bu üzdən hələ ki, bu klubun uğurları üçün çalışacam. Cari mövsümün ikinci dövrəsinin sonlarını mütəmaddi olaraq meydana çıxdım və düşünürəm ki, baş məşqçinin inamını doğrultmaq üçün əlimdən gələni etdim”. Bu sözləri Qol.Az-a “Qəbələ”nin yarımmüdafiəçisi Yaşar Abuzərov deyib. Yaşar növbəti mövsüm Qəbələ klubunun cari mövsümdəkindən qat-qat güclü olacağını düşünür: “Əslində, cari mövsümü də pis oynamadıq. Sadəcə ilk dövrədə çox xal itirdiyimizdən, ikinci dövrədə qazandığımız qələbələrv yetərli olmadı. Növbəti mövsüm isə “Qəbələ” qat-qat güclü olacaq. Buna inanıram. İlk növbədə çalışmalıyıq ki, “6-liğ”a düşək. Sonra isə medallar uğurunda vuruşaq”.

 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi