Yunis Hüseynov: “Ukraynada Azərbaycan futboluna münasibət əladır”

Yunis Hüseynov: “Ukraynada Azərbaycan futboluna münasibət əladır”
XƏBƏR 19 İyun 2009 / 15:44 2081
-  A +

“1 həftə Ukraynanın paytaxtı Kiyevdə oldum və orada kurslarda iştirak etdim. Hər şey normal keçdi. Mənə münasibət də yaxşı idi. Qeyd edim ki, məndən başqa, Zapapojesin “Metallist”, Özbəkistanın “Paxtakor” klublarının, eləcə də, Litvanın əsas və olimpiya millisinin baş məşqçiləri də kurslara qatılmışdılar. “Tavriya”nın baş məşqçisi Sergey Puçkov da mənimlə birgə idi. Onu sovet vaxtından tanıyıram, bir vaxtda futbol oynamışıq. Puçkov eyni zamanda Azərbaycanda da legioner həyatı yaşayıb (1997-ci il “Araz”da, indiki “Bakılı”)”. Dərslər səhər 09:00-dan axşam saat 18:00-a kimi davam edirdi. İlk gün Ukrayna Futbol Federasiyasının vitse-prezidenti Pandurka çıxış edərək iştirakçıları salamladı. Dərsləri Ayltman, İşenko, Morozov kimi, Ukraynanın tanınmış futbol mütəxəssisləri aparırdılar”. Bu sözləri Qol.Az-ın əməkdaşı ilə söhbətində PRO lisenziyalı məşqçilik kurslarında iştirak etmək üçün 1 həftə boyunca Ukraynanın paytaxtı Kiyevdə olan Yunis Hüseynov deyib. Hüseynov sentyabrda təşkil ediləcək növbəti mərhələnin məhşur “Bavariya”nın bazasında olacağını da diqqətimizə çatdırdı: “ Sesiyalarımız 14-20 sentyabr tarixində start götürəcək və Kiyevdə bir araya gəlib Almaniyaya yola düşəcəyik. Orada isə 1 həftə ərzində “Bavariya”nın bazasında olacağıq. Yəni, ilk sesiyamız Münxen klubunun bazasında baş tutacaq. Sonrakı mərhələlər isə hər biri 1 həftə olmaqla oktyabr, noyabr və dekabrda Kiyevdə olacaq. Dekabrda həm də imtahan verəcəyik və uğurla sınaqdan çıxsaq PRO lisenziyasına sahib olacağıq”. Hüseynov Ukraynada Azərbaycan futboluna olan münasibət haqda da danışdı: “Azərbaycan futboluna münasibət çox əla idi. Demək olar ki, internetdən və televiziyadan bütün oyunlarımızı izləyirlər. Pokora və Xodukinin burada işləməsindən xəbərdardırlar. Elə İspaniya ilə son yoxlama görüşünün nəticəsini də səhəri günü ilk olaraq ukraynalılar mənə dedilər. Gənc futbolçuları deyə bilmərəm, amma Ukraynanın futbol mütəxəssisləri yetərincə futbolumuzla maraqlanıb onu qiymətləndirirlər”.

 


 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord