“Simurq” bu dəfə də “Olimpi”yə uduzdu

XƏBƏR 19 İyun 2009 / 12:55 1705
-  A +

Gürcüstanda keçirdiyi təlim-məşq toplanışı çərçivəsində son 3 gün ərzində ikinci dəfə "Olimpi" ilə qarşılaşan "Simurq" rəqibinə bu dəfə də minimal fərqlə məğlub olub. Qol.Az-ın klubun mətbuat xidmərinə istinadən verdiyi məlumata görə, oyunun gedişində hesabda geri düşən komandamız iki dəfə bərabərlik qoluna imza atsa da, üçüncü dəfə bunu edə bilməyib və 2:3 hesabı ilə uduzub. "Sarı-qaralar"ın qollarına yeni transferlər - Genadi Solonitsin və Nikolay Petrov Valev imza atıblar. Qeyd edək ki, rustavililər 3 qoldan ikisini 11 metrlik cərimə zərbəsindən vurublar. Roman Pokora 90 dəqiqə ərzində ixtiyarında olan bütün futbolçulara şans verib. Əlavə edək ki, növbəti yoxlama görüşü iyunun 20-də keçiriləcək. Komandamız Tbilisinin "Lokomotiv" stadionunda "Zestafoni" ilə qarşılaşacaq.

 

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi