Berti Foqtsun şans vermədiyi azərbaycanlı futbolçu Ukraynada bombardir oldu

ÖLKƏ FUTBOLU 19 İyun 2009 / 12:28 2502
-  A +

Hazırda milli komandamızda qol vuran futbolçu tapılmadığı halda, Ukrayna çempionatında  oynayan həmyerlimiz, hücumçu Ruslan Zeynalov qolları sıralamaqdadır. O, artıq yerli fanatların da sevimlisinə çevrilib. Qol.Az-ın məlumatına görə, ötən həftə başa çatan Ukrayna çempionatının birinci dəstəsinin yekunlarına dair mətbuat konfransı keçirən 6-cı pillənin sahibi “Desna”nın baş məşqçisi Mixail Dunsya həmyerlimizi xeyli tərifləyib. O, Ruslanı yerli futbolçulara nümunə göstərib: “Azarkeşlər bəzən şikayətlənirlər ki, nəyə görə, “Desna”da yerli futbolçular az oynayır. Amma mən də sizə sual verirəm: mənə elə layiqli futbolçu göstərə bilərsiniz ki, yeri futbolçudur, əsas heyətdə oynamağa hazırdər, amma mən ona şans vermirəm? Yoxdur axı belə futbolçu. Mən bizim yerli futbolçulara Ruslan Zeynalovdan nümunə götürməyi məsləhət görərdim. O, yerli futbolçu deyil. Amma göstərdiyi oyunla azarkeşlərin sevgisini qazanıb və mən əminliklə deyərdim ki, o, buna layiqdir. Ruslan bu gün tribunaların bir nömrəli sevimlisidir. Düşünürəm ki, siz də mənimlə razılaşarsınız”.
Qeyd edək ki, 28 yaşlı Ruslanın atası azərbaycanlı, anası isə ukraynalıdı. Özü isə Ukraynada doğulub. Lakin dəfələrlə öz açıqlamalarında Azərbaycan millisinin formasını geyinməyə hazır olduğunu, bunun üçün Ukrayna vətəndaşlığından imtina etməyə belə hazır olduğunu dilə gətirib. O, "Desna"nın heyətinə ikinci dövrədə gəlsə də, 5 aya 6 qolla komandasının bombardiri olmağı bacarıb.
Xatırladaq ki, Azərbaycan millisinin baş məşqçisi Berti Foqts R.Zeynalovu komandamızın hələ otən il Bosniya və Andorra komandaları ilə keçirdiyi yoldaşlıq oyununa dəvət etsə də,  futbolçuya bu matçlarda özünü göstərmək üçün şans verməmişdi. 
 

Daha çox


Son xəbərlər