Elvin Məmmədov: “İnanıram ki, “Qarabağ” təkcə Azərbaycanda deyil, həm də Avropada sözünü deyəcək”

Elvin Məmmədov: “İnanıram ki, “Qarabağ” təkcə Azərbaycanda deyil, həm də Avropada sözünü deyəcək”
XƏBƏR 18 İyun 2009 / 18:18 2195
-  A +

“Təbii ki, “Qarabağ”a gəldiyimə görə məmnunam. Məndən öncə edilən transferlərə nəzər saldıqda “Qarabağ”ın hədəfini müyyən etmək çətin deyil”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın rəsmi saytına verdiyi açıqlamada Ağdam klubunun yeni transferi Elvin Məmmədov deyib. Gənc futbolçu bildirib ki, “Qarabağ”ın təkcə ölkə daxilində deyil, Avropada da uğurlu çıxış edəcəyinə inanır: “Çalışacam ki, “Qarabağ”a ən yaxşısını verə bilim. Maraqlı və iddialı komandamız var. İnanıram ki, bu komanda nəinki ölkədə, Avropada da öz sözünü deyə biləcək”.


Son xəbərlər