«Standart»ın baş məşqçisinin istefası xəbəri yayıldı

XƏBƏR 6 Dekabr 2008 / 19:33 3373
-  A +

Bu gün futbol dairələrində Bakının «Standart» klubunun baş məşqçisi Kaxaber Sxadadzenin istefaya göndərilməsi haqda xəbər yayılıb. Bu barədə Qol.Az-a etibarlı mənbələrdən daxil olub. Mənbənin məlumatına görə, «Standart» ikinci dövrədən baş məşqçi vəzifəsinə milli komandamızın sabiq baş məşqçisi Vaqif Sadıqovu gətirmək niyyətindədir. Artıq bununla bağlı Sadıqovla danışıqlar aparıldığı bildirilir. Lakin Vaqif Sadıqov bizimlə söhbətində onunla danışıqlar aparılmadığını vurğulayıb.
«Standart»ın təsisçisi Kamil Məmmədov isə Qol.Az-a Kaxaber Sxadadzenin seleksiya işləri ilə əlaqədar Gürcüstana getdiyini və yaxın vaxtlarda Bakıya, klubun düşərgəsinə qayıdacağını söyləyib.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord