Süni örtüklü meydança istifadəyə verildi

Süni örtüklü meydança istifadəyə verildi
XƏBƏR 18 İyun 2009 / 17:25 3725
-  A +

Bu gün Siyəzən rayonunda AFFA tərəfindən inşa olunmuş süni örtüklü meydançanın açılış mərasimi keçirilib. Qol.Az-a AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, tədbirdə AFFA-nın baş katibinin müavini Elxan Əsədov, Siyəzən rayon İcra Hakimiyyətinin başçısı Əflatun Rufiyev, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İskəndər Cavadov, Şimal Regional Futbol Federasiyasının prezidenti Yaşar Şəmilov və başqaları çıxış edərək gənc nəslin futbolla daha yaxşı şəraitdə məşğul olması üçün belə meydançaların inşa edilməsinin vacibliyini bildiriblər. Çıxışlar başa çatdıqdan sonra uşaq komandaları arasında oyun keçirilib.

Daha çox


Son xəbərlər