Zeynal Məmmədov: “Adamiya kişi kimi söz vermişdi ki, Azərbaycanda ancaq “Bakı”da oynayacaq”

Zeynal Məmmədov: “Adamiya kişi kimi söz vermişdi ki, Azərbaycanda ancaq “Bakı”da oynayacaq”
ÖLKƏ FUTBOLU 18 İyun 2009 / 16:04 2383
-  A +

“Gedib, gedib də. İndi nə edə bilərik? Amma Adamiya mənə kişi kimi söz vermişdi ki, Azərbaycanda ancaq “Bakı”da oynayacaq”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri Georgi Adamiyanın “Xəzər-Lənkəran”a transfer olunmasına münasibət bildirərkən, “Bakı”nın baş meneceri Zeynal Məmmədov deyib. Klub rəsmisi bildirib ki, o, artıq Adamiya ilə danışarkən futbolçunun könlünün “Xəzər-Lənkəran”da olduğunu hiss edib: “Adamiya mənə demişdi ki, legioner həyatı yaşamaq istəyir. Bakıya qayıtdıqdan sonra görüşümüz oldu. Məndən “Bakı”da oynamaq üçün elə bir məbləğ istədi ki... O yaxşı bilirdi ki, biz ona həmin pulu verməyəcəyik. Ona görə də məbləği qəsdən şişirtdi ki, “Xəzər-Lənkəran”a keçsin. Bir daha deyirəm ki, o gözəl anlayırdı ki, “Bakı” istədiyi məbləği verməyəcək”.
Klub rəsmisi bildirdi ki, nə Adamiyanın, nə də Cəmşid Məhərrəmovun gedişi “Bakı” üçün itki hesab olunmayacaq: “Burada könlü olmayanı onsuz da komandada saxlamarıq. Gediblərsə, özləri bilərlər. Biz onların əvəzinə qat-qat güclü futbolçular transfer edəcəyik. 1-2 nəfərin gedişi “Bakı” üçün problem deyil”.            

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı