“Simurq” daha bir transfer reallaşdırdı

XƏBƏR 18 İyun 2009 / 15:50 2020
-  A +

Heyətin kompektləşdirilməsi işini davam etdirən "Simurq" bu gün yay transfer dövründə 7-ci keçidini rəsmiləşdirib. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, 2006/07 mövsümündə "sarı-qara" formanı geyinən Yuri Bulıçevlə müqavilə imzalanıb. 1982-ci il oktyabrın 12-də anadan olan Ukraynalı orta xətt oyunçusu karyerasına Xarkov "Arsenal"ında başlayıb. Ardından şəhərin əsas komandası "Metallist"ə keçən Yuri burada iki mövsüm forma geydikdən sonra Roman Pokoranın rəhbərlik etdiyi "Aleksandriya" ilə müqavilə bağlayıb. 2006-cı ilin sonlarında məşqçisinin dəvəti ilə "Simurq"a gələn Bulıçev Zaqatalada şanssızlıqla üzləşib və ağır zədə alaraq, bir müddət futboldan kənarda qalarıb və "Simurq"dan ayrılıb. Ötən mövsüm isə formasını bərpa edərək "Aleksandriya"ya qayıdıb, oradan isə Ukrayna yüksək liqa təmsilçisi "Krivbass"a transfer olunub. Futbolçu qarşıdakı 1 il ərzində “Simurq”un şərəfini qoruyacaq.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın