Samir Ələkbərov «Xəzər-Lənkəran»a qayıtdı

Samir Ələkbərov «Xəzər-Lənkəran»a qayıtdı
PREMYER LİQA 6 Dekabr 2008 / 19:26 5314
-  A +

Yayda "Xəzər-Lənkəran"dan uzaqlaşdırılan Samir Ələkbərov yenidən bu kluba gəlir. Bu barədə məlumat Qol.Az-a etibarlı mənbələrdən daxil olub. Samir Ələkbərovun namizədliyi yeni baş məşqçi İqor Ponomaryov tərəfindən verilib. «Xəzər-Lənkəran»ın vitse-prezidenti Araz Nəsirov əməkdaşımızla söhbətində məlumatı təsdiqləyib. O, Samir Ələkbərovla danışıqlar aparıldığı, ümumi razılığa gəlindiyini söyləyib. Məşqçi özü də artıq "Xəzər-Lənkəran"la anlaşdığını və bu kluba qayıtmağın qürurverici olduğunu deyib. Xatırladaq ki, Ələkbərov son illər Tofiq Mustafayevlə birlikdə Mircavadovun məşqçilər korpusunda yer alırdı. Bu trio "Neftçi"də il yarım, "Xəzər-LƏnkəran"da isə 2 il bərabər çalışıblar. 4 ay bundan əvvəl Samir Ələkbərov da digərləri kimi komandadan qovulmuşdu. Lakin yeni baş məşqçi İqor Ponomaryov Samiri yenidən komandaya qaytarmağı bacarıb.   


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq