“Simurq” bu gün Avroliqadakı potensial rəqibi ilə qarşılaşır

XƏBƏR 18 İyun 2009 / 11:55 1732
-  A +

"Simurq"un qarşıdakı 3 gün ərzində keçirəcəyi iki yoxlama görüşünün tarixi və rəqibləri bəlli olub. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, bu gün Tbilisinin “Lokomotiv” stadionunda növbəti dəfə "Olimpi" ilə qarşılaşacaq. İki gün sonra - iyunun 20-də elə həmin stadionda digər rəqibi "Zestafoni" olacaq. Qeyd edək ki, iyunun 9-dan Gürcüstanda təlim-məşq toplanışında olan "sarı-qaralar" artıq iki yoldaşlıq oyununda meydana çıxıblar. İyunun 12-də "Sioni"ni 1:0 hesabı ilə yenən "Simurq", 3 gün sonra "Olimpi"yə məğlub olub - 1:2. Onu da əlavə edək ki, “Olimpi” “Simurq”un Avroliqadakı potensial rəqibidir.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord