Füzuli Məmmədov: “Olimpik”lə razılığa gəlmişəm, amma...”

XƏBƏR 17 İyun 2009 / 21:33 2150
-  A +

“Demək olar “Olimpik”lə razılığa gəlmişik. Artıq müəyyən müddətdir ki, bu klubun düşərgəsində məşq edirəm. Amma müqavilə əsasında “Xəzər-Lənkəran”a məxsusam və onlarla hələ 1 illik müqaviləm var. Buna görə “Olimpik”in formasını geyinməyim üçün “Xəzər-Lənkəran” rəhbərliyinin icazəsi olmalıdır. Sabah görüşüb bu məsələ ilə bağlı söhbət etmək istəyirəm”. Bu sözləri Qol.Az-a müqavilə əsasında “Xəzər-Lənkəran”a məxsus olan, lakin İqor Ponomaryov tərəfindən komandadan uzaqlaşdırıldığından cari mövsümün ikinci dövrəsini icarə əsasında “Simurq”da keçirən Füzuli Məmmədov deyib. Məmmədov yenidən “Xəzər-Lənkəran”a qayıtmağın da əlehinə deyil: “Kim istəməz ki? “Xəzər-Lənkəran” yarandığı ilk gündən onun düşərgəsindəyəm. Belə demək olarsa, ilk yaradıcılarındanam. Amma oraya qayıtmağım tək mənim istəyimdən asılı deyil. Gərək rəhbərlik buna qərar verə”.


Son xəbərlər