“Karvan” futbolçusunu “Neftçi”yə buraxmadı

“Karvan” futbolçusunu “Neftçi”yə buraxmadı
XƏBƏR 17 İyun 2009 / 21:00 1996
-  A +

“Neftçi”nin ortaq məxrəcə gəldiyi Əziz Quliyevin keçidi düyünə düşüb. Qol.Az-ın məlumatına görə, gənc futbolçunun “Karvan”la müqaviləsinin olması transferi əngəlləyir. Halbuki bir müddət əvvəl tərəflər arasında aparılan danışıqlar müsbət yekunlaşmış və ilkin razılıq əldə olunmuşdu. Yalnız futbolçunun rəsmi müqaviləyə imza atması qalırdı. Amma “Karvan” Əzizə görə çox pul istədiyindən “Neftçi” transferdən vaz keçmək qərarına gəlib.


Son xəbərlər