Alim Qurbanov: “Ağasəlim Mircavadov gəlibsə, “Xəzər-Lənkəran” çempion olacaq"

XƏBƏR 17 İyun 2009 / 20:07 2013
-  A +

“Ağasəlim müəllimin yenidən “Xəzər-Lənkəran”a qayıtmasına münasibətim əlbəttə ki, yaxşıdır. Ondan başqa heç kim komandanı bu vəziyyətdən çıxara bilməz. Çünki Mircavadov nəyi necə etməyi yaxşı bilir. Əcnəbi məşqçi dəvət etsəydilər, o Azərbaycan futbolunu öyrənənədək, yenidən heyət yığanadək, öz taktikasını tətbiq edənədək vaxt gedəcəkdi və bir də görəcəkdin ki, “Xəzər-Lənkəran” 6-7-ci pillədə gedir. Amma tam əminliklə deyirəm ki, əgər Ağasəlim Mircavadov gəlibsə, “Xəzər-Lənkəran” çempion olacaq”. Bu sözləri Qol.Az-a müqavilə əsasında “Xəzər-Lənkəran”a məxsus olan, lakin, İqor Ponomaryov tərəfindən komandadan uzaqlaşdırıldığından cari mövsümün ikinci dövrəsini icarə əsasında “Karvan”da keçirən Alim Qurbanov deyib. Qurbanov Lənkərana qayıdıb-qayıtmayacağının isə özündən asılı olmadığını düşünür: “Düzdür, mənim “Xəzər-Lənkəran”la 1 illik müqaviləm var və Mircavadovun vaxtında da aparıcı futbolçulardan olmuşam. Amma bu o demək deyil ki, yenidən Lənkərana qayıdıram. Bununla bağlı nə mənə zəng edən olub, nə də əlaqə saxlayan. Yaxın günlərdə hər şey bilinəcək”.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı