“Turan” dağılır

“Turan” dağılır
ÖLKƏ FUTBOLU 17 İyun 2009 / 19:12 2340
-  A +

Belə getsə, böyük ehtimalla “Turan” növbəti mövsüm Premyer Liqada mübarizə apara bilməyəcək. Tovuz klubunun vəziyyəti gündən-günə ağırlaşır. Sponsor tapmaq mümkün olmur. Heyəti gücləndirmək bir yana, heç köhnə heyətdən də heç kim komandada qalmayıb. Bunu Qol.Az-a bu gün “Olimpik”lə rəsmi müqaviləyə imza atan Tovuz futbol məktəbinin yetirməsi Ruslan Abbasov deyib. Ruslan faktiki olaraq “Turan”ın mövcüd olmadığını bildirib: “Komanda olmaq üçün gərək sponsor olsun. Tovuzda isə bu yoxdur. Yəni, gözləməyin və nəyəsə ümid etməyin yeri yox idi. Hazırda “Turan”da heç kim qalmayıb və demək olar bütün futbolçular düşərgəni tərk edib”.

 

Daha çox


Son xəbərlər