Natiq Əliyev: "MOİK Premyer Liqada oynamağa hazırdır!"

Natiq Əliyev: "MOİK Premyer Liqada oynamağa hazırdır!"
ÖLKƏ FUTBOLU 17 İyun 2009 / 17:55 4967
-  A +

“Əgər hər hansısa komanda Premyer Liqadan imtina edərsə, MOİK çempionatda oynamağa hazırdır!” Bu sözləri Mərkəzi Ordu İdman Klubunun (MOİK) rəisi, polkovnik Natiq Əliyev deyib. Ötən mövsümün nəticələrinə əsasən, Premyer Liqada yerini itirən ordu klubu yenidən ən yüksək dəstədə mübarizə aparmaq niyyətindədir. Natiq Əliyev bildirib ki, bundan ötrü MOİK-in bütün imkanı var: “Klubumuzun maddi-texniki bazası var. Gələn çempionatda oyunlarımızı “Şəfa” stadionunda keçirəcəyik. Növbəti mövsümün hazırlığına isə bir neçə gündən sonra başlanılacaq. Komandamız 5-20 iyul aralığında Masallıda təlim-məşq toplanışında olacaq”.

MOİK rəisi heyət və baş məşqçi məsələsinə də toxunub: “Təlim-məşq toplanışı gənc və perspektivli məşqçi Ramil Əliyevin rəhbərliyi altında olacaq. Hazırda heyətdə 17 futbolçu var. Qarşıdakı günlərdə daha 5-6 futbolçu ilə anlaşacağıq. Bir sözlə, komandamız Premyer Liqada oynamağa tam hazır gücdədir”.

Qeyd edək ki, ciddi maliyyə böhranı keçirən “Karvan”ın Premyer Liqanın 2009/10 mövsümündən imtina edəcəyi gözlənilir. Yevlax təmsilçisinin yoxluğunu unutdurmağa ən layiqli namizəd isə MOİK hesab olunur (apasport.az).

 


 

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı