Gəncədə ilk peşəkar klubun yaradılmasının 50 illiyi qeyd olunub

Gəncədə ilk peşəkar klubun yaradılmasının 50 illiyi qeyd olunub
XƏBƏR 17 İyun 2009 / 17:19 2026
-  A +

Azərbaycan Dövlət Aqrar Universitetində keçmiş kənd təssərüfatı akademiyasının üzvləri ilə Gəncənin futbol veteranları arasında görüş keçirilib. Qol.Az-ın məlumatına görə, tədbirdə qonaq qismində iştirak edən Gəncə Regional Futbol Federasiyasının prezidenti Xanlar Fətiyevə rektorluq tərəfindən suvenir at bağışlanıb. Hədiyyəni Fətiyevə təqdim edən universitetin rektoru Mirdamət Sadıqov  “At arzu, murad simvoludur. İnanıram ki, siz Gəncə futbolunu əvvəlki günlərinə qaytarıb, azarkeşlərin istəyini həyata keçirə biləcəksiniz” deyib.
O ki qaldı tədbirə, görüş şəhərdə ilk peşəkar futbol komandasının yaranmasının 50 illiyinə həsr olunub. Görüşə dəvət olunan qocaman futbolçular da hədiyyəsiz qalmayıblar. Sadıqov veteranlara fəxri fərman və pul mükafatları təqdim edib. Futbolçular da görüşə hədiyyəsiz gəlməyiblər. Onlar rektora üzərində Gəncə-50 yazılmış forma, eləcə də top və xatirə vımpelləri hədiyyə ediblər.

 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki