"Simurq" 5 transfer rəsmiləşdirdi

ÖLKƏ FUTBOLU 17 İyun 2009 / 16:37 2393
-  A +

Gürcüstanda təlim-məşq toplanışında olan "Simurq" bu gün baxışda olan futbolçulardan bəziləri ilə münasibətlərini rəsmiləşdirib. 10 gün ərzində komandanın düşərgəsində baxışda olan 10-dan çox legionerdən 5-i bəyənilib və onlarla müqavilə imzalanıb. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, ukraynalı müdafiəçi Aleksandr Şevelyuxin, orta xətt oyunçuları moldovalı Aleksandr Popoviç, gürcüstanlı Roman Axalkatsi və latviyalı Gennadi Solonitsin və bolqarıstanlı hücumçu Nikolay Petrov Kalevdir. Popoviç istisna olmaqla, digərləri ilə 1 illik anlaşmaya imza atılıb. Moldovalı ilə bağlanan müqavilənin müddəti isə 2 aydır. Futbolçu Avropa Liqası yarışlarında özünü yaxşı tərəfdən göstərəcəyi təqdirdə, müqavilənin müddəti uzadıla bilər.

 

Daha çox


Son xəbərlər