Vaqif Sadıqov bu gün Foqtsa hansı təklifləri verəcək?

Vaqif Sadıqov bu gün Foqtsa hansı təklifləri verəcək?
XƏBƏR 17 İyun 2009 / 15:00 2003
-  A +

“Hələlik Foqtsla söhbətimiz olmayıb. Bu gün axşam imkan olsa danışacağıq. Söhbətin umumi məğzinə gəlincə, ilk növbədə tanışlıq məqsədi daşıyacaq. Bundan başqa mən ona öz təkliflərimi deyəcəm onunla məsləhətləşmələr aparacam. Çünki qarşıdan klublarımızın avrokubok matçları gəlir və həmin oyunları mütləq izləmək lazımdır. İlk növbədə Foqtsla bunu məsləhətləşmək lazımdır ki, hansı oyunlara o baxacaq, hansına mənim getməyimi istəyəcək. Bundan başqa, qarşıdan milli komandamızın da Almaniya ilə oyunu gəlir. Həmin qarşılaşmaya da indidən hazırlaşmaq lazımdır. Həm rəqibi öyrənmək həm də, həmin oyunu oynamağa layiq futbolçuların seçimi ilə məşğul olmaq”. Bu sözləri Qol.Az-a Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun köməkçisi Vaqif Sadıqov deyib. Sadıqov milli komandaya yeni futbolçuların cəlb olunacağını da istisna etməyib. O, millidən imtina edən “Neftçi”nin yarımmüdafiəçisi Zaur Tağızadə ilə “Qarabağ”ın hücumçusu Zaur Ramazanovun yenidən milliyə çağrılacağını istisna etməyib: “Mən həmişə demişəm ki, Azərbaycan çempionatında oynayan hər bir futbolçu millinin potensial üzvüdür. Bu mənada hər kəsin millinin formasını geyinmək şansı var. Təbii ki, kim buna layiqdirsə. O ki qaldı Tağızadə ilə Ramazanovun məsələsinə, düzü bu mənim də ürəyimdən keçir. Amma komandanın baş məşqçisi Berti Foqtsun və onların milliyə qayıtması üçün ilk növbədə onun razılığı lazımdır. O, razı olarsa, mən də adıçəkilən futbolçularla söhbət apara bilərəm”. Foqtsun köməkçisi millidə legioner futbolçuların bundan sonra da çoxluq təşkil edib- etməyəcəyinə toxundu: “Bəli, mən legioner bolluğuna o qədər yaxşı münasibət göstərməmişəm. Amma heç vaxt bunun qatı tərəfdarı kimi də çıxış etməmişəm. Konkret milli komandada qeyri-azərbaycanlıların çıxış etməsini normal qarşılayıram. Bu dünyanın hər yerində var. Elə qonşu Türkiyədə də bunun bariz nümunəsini gördük. Yəni, şəxsi fikrim belədir ki, öz oyun səviyyəsi ilə seçilən, millini gücləndirəcək, oradakı ab-havanı korlamayacaq 1-2 əcnəbi futbolçunun milli formanı geyinməsində qəbahət bir şey yoxdur”.


 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı