Txadadze islahatlara başladı: “İnter” 6 futbolçu ilə yollarını ayırdı

Txadadze islahatlara başladı: “İnter” 6 futbolçu ilə yollarını ayırdı
ÖLKƏ FUTBOLU 17 İyun 2009 / 14:19 2457
-  A +

“İnter”in yeni baş məşqçisi Kaxaber Txadadze artıq komandada islahatlara başlayıb. “Bankirlər” 6 futbolçu ilə yollarını ayırıb. Bu haqda Qol.Az-ın müxbiriylə söhbətində “İnter”in baş menecerinin müavini Kamran İsmayılov məlumat verib: “Həqiqətən də 6 futbolçu ilə yollarımızı ayırmışıq. Svilen Semyonov, Adriano Da Silva, Oliveyra Kleyton, Karlos Velton, Auqusto Andaveris və Vladimir Kolisniçenko daha komandaya lazım deyillər. Baş məşqçimiz bu futbolçuları sərəncamında görmək istəmədiyindən, onlarla yeni müqavilə imzalanmayıb”.  

Daha çox


Son xəbərlər