“Olimpik-Şüvəlan” daha bir futbolçu ilə rəsmi müqavilə bağladı

XƏBƏR 17 İyun 2009 / 14:00 2180
-  A +

Bakının “Olimpik-Şüvəlan” klubu daha bir transferini reallaşdırdı. Paytaxt təmsilçisi son mövsümü “Turan”da keçirən, Azərbaycan milli komandasının sabiq müdafiəçisi Ruslan Abbasovu da heyətinə qatıb. Xəbəri Qol.Az-ın müxbiri ilə söhbətində Abbasov özü də təsdiqləyib: “Bəli, elə indicə “Olimpik” klubunun ofissindən çıxıram. Artıq bu klubla 1 illik rəsmi müqavilə bağladım. Başqa maraqlanan klublar da var idi. Amma “Olimpik”in təklifi daha ciddi və real olduğundan düşünmədən qərarımı bu komandanın lehinə verdim. Həm də komandanın baş məşqçisi Əsgər Abdullayev kimi mütəxəssisdir və onun komandasında oynamaq mənim üçün çox xoşdur”.


 


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"