“İnter”in son rəqibi də məlum oldu

“İnter”in son rəqibi də məlum oldu
XƏBƏR 17 İyun 2009 / 11:56 1939
-  A +

Qarşıdan gələn Avroliqaya və yeni mövsümə hazırlığı Türkiyənin Sparta şəhərində davam etdirən “İnter” dünən ilk yoxlama matçının keçirib. Qol.Az-ın məlumatına görə, “bankirlər”in rəqibi son anda dəyişib. Komandanın əvvəlcədən “Tekirova Bələdiyyəsi” ilə görüşəcəyi bildirilsə də, bu matç 3 gün sonraya keçirilib. Nəticədə təmsilçimiz “Antalya Karması” ilə qarşılaşaraq, rəqibinə 5:1 hesabı ilə qalib gəlib.
“İnter”in növbəti rəqibinin də adı artıq məlumdur. “Bankirlər” iyunun 22-də digər aşağı liqa təmsilçisi “Manavqat Bələdiyyəsi”ni sınağa çəkəcək. Son matçda - iyunun 25-də isə Kaxaber Txadadzenin Ukraynanın yüksək liqa klublarında olan “Zarya” ilə görüşməsi nəzərdə tutulub.  


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı